Çiçək xəstəliyi nədir, necə yayılır?

Tarixdə dünyada epidemiyalara səbəb olan bir çox xəstəlik var. Lakin tətbiq edilən peyvəndlər sayəsində onların əksəriyyətinin yalnız adları yadda qalıb. Onlardan biri də çiçək xəstəliyidir.
Çiçək xəstəliyi hər yaşda olan insana təsir edə bilən bir xəstəlikdir, lakin daha çox uşaqlarda rast gəlinir. Xəstəlik dəridə ciddi yaralara səbəb olur. Qulaq, burun və ağızda belə əmələ gələn bu yaralar xəstənin həyat keyfiyyətinə çox ciddi şəkildə təsir edir.

Davamı →

Xırdabuynuzlu heyvanlarda olan xəstəliklər

Bu dəfə “Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları” barədə danışmaq istəyirik.
Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyinin virus xarakterli olduğu bildirilib.
Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla – həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir.

Davamı →

İmmunitetin yaranma nəzəriyyələri

Təbii çiçək xəstəliyinin gedişinin digər xəstəliklərdən fərqini ilk dəfə Razes həkimi müəyyən etmiş və xəstəlikdən sonra daimi immunitet yaranmasını söyləmişdir.Hipokratın davamçısı olan bu alim xəstəlik zamanı orqanizmdə olan keyfiyyət və kəmiyyət dəyişikliklərini 4 əsas şirə — qan, fleqma, sarı və qara öd ilə əlaqələndirirdi.Razesin nəzəriyyəsinə görə təbii çiçək xəstəliyi qanın «qıcqırması» ilə bağlıdır.O hesab edirdi ki, dəridə əmələ gələn yaralar partlayaraq orqanizmi qandakı artıq mayedən azad edir.


«Xaric etmə» nəzəriyyəsinə görə çiçək xəstəliyi zamanı çirkli qan qarışığı qıcqırır və qovuqcuq əmələ gətirib orqanizmdən kənar olunur.Belə təmizlənmədən sonra xəstəlik bir daha insana qayıtmır.


Ardı →