Ən sağlam qida

Çia toxumları bütün dünyada çox böyük populyarlıq qazanıb və «superfud» (super-məhsul) sayılır. Çia Amerikada bitən bir bitkinin toxumlarıdır.

Çianın heyraedici faydaları tibdə də təsdiq olunub. Çianın kimyəvi tərkibi olduqca zəngindir. Sizə yalnız 2 misal çəkək. Belə ki, çiada kalsium süddən daha çoxdur. Omeqa-3 və antioksidant maddələrə görə çia qoz və fındıqdan daha zəngin sayılır.
Davamı →

Çia toxumu

Çia toxumu saçları və dırnaqları yaxşılaşdıran, dərini cavanlaşdıran nadir və faydalı bitki növüdür.
Bu sehrli toxumu hələ qədim dövrlərdə maya və ink tayfaları yüksək qiymətləndirirdi. Və bu gün elm sübut edib ki, onlar haqlı olub! 

Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bəsləyici dəyəri o qədər yüksəkdir ki, keçmişdə onlardan pul kimi istifadə edilib. Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla və dietik liflərlə zəngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyətə malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitədir.
Davamı →