Pullar haqqında: Bankomatla polis çağırmaq mümkündür?!

Pullar həyatımız ayrılmaz bir hissəsini təşkil edir. Bu səbəbdən də, həyatımızın digər sahələrində olduğu kimi, pullar haqqında da çoxlu sayda əsassız fikirlər formalaşmışdır. Bu fikirlər ən populyar olanları ilə tanış olaq:

“Çirkli pullar” ifadəsi yalnızca məcazi məna daşıyır:


Əslində isə kağız pullar gün ərzində toxunduğumuz ən çirkli predmetlərdən biridir. Hazırda pul qabınızda mövcud olan pulun üzərində yüzlərlə min mikrob var. Məhz buna görə növbəti dəfə hər hansı virus və yaxud mikroba yoluxduqda yadınıza salın ki, bəlkə elə pula toxunduqdan sonra əllərinizi təmiz yumamısınız. Əgər xarici ölkəyə səfər etməyə hazırlaşırsınızsa, bu cəhətə xüsusi olaraq diqqət edin. Bir faktı da qeyd edək ki, bir çox ölkələr bu çirkli pullarla mübarizə aparmağa çalışır. Belə ki, Avropa İttifaqı avroya xüsusi antibakterial tərkib əlavə edir. Yaponiyada isə banknotları sterilizə edən xüsusi bankomatlardan istifadə edir.
Davamı →

Offşor zonalar və offşor şirkətlər

Offşor (ing-offshore) sözünün mənası ingilis dilindən  “Sahildən Uzaq” tərcümə olunur. Amma İqtisadiyyat dilində “Vergidən Uzaq” və ya “Vergi Cənnəti”   olaraq nəzərdə tutulur.

Müasir dövrümüzdə vergidən yayınma, gəlirlərin gizlədilməsi, bank fırıldaqçılığı, narkotik qaçaqmalçılıq və s. kimi neqativ hallarla bağlı tez-tez offşor zonalar, offşor şirkətlərin adları hallanır. Maraqlıdır ki, buna baxmayaraq offşor zonaların ləğv edilməsi, tamamilə sıradan çıxarılması əvəzinə, əksinə bütün dünya üzrə yeni-yeni bu tip ərazilər, şirkətlər yaradılır. Hətta normal vergi, gömrük qanunvericiliyi olan dövlətlərdə belə (Lüksemburq, İsveçrə) şərti offşor zonalar fəaliyyət göstərir.
Davamı →