Çox yatmağın 4 ziyanı

Çox yatmağın sağlamlığa zərərli olduğunu bilirdinizmi? Uzun müddət yatmaq bəzən lazım olan qədər yatmaq əvəzinə insan bədəni üçün müxtəlif səbəblərlə ziyanlı ola bilər. Bu yazıda çox yatmağın dörd əsas ziyanını detallı şəkildə araşdıracağıq. 


Davamı →

Çox yatmaq beyini zəiflədir

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur. Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.

Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.

Bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur. REUTERS-ın məlumatına görə, bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.

Davamı →