Çuğundur yarpağı

  • Flora
Allaha həmd olsun ki, sonsuz sayda nemətləri biz insanların istifadəsinə vermişdir. Bu nemətlərin biri də çuğundur yarpağıdır ki, bəlkə də çoxumuz bundan xəbərsizik. Çuğundur yarpağının faydası saymaqla bitməyən bir nemətdir. Sadəcə onu nəzərinizə çatdırım ki, yarpaqların ya şirəsi çəkilib içilməli, ya da yarpaqlar salatlara doğranılıb, istifadə olunmalıdır. Yarpaqları qaynadıb istifadə etmək faydalarını azaldır.

Çuğundur yarpağında dəmir çuğundurun özündən 3 dəfə çoxdur, ona görə də dəmir defisit anemiyaların müalicəsində çuğundur yarpağının şirəsi əvəzolunmazdır. Bundan başqa mədə-bağırsaq yaralarında gündə yeməkdən əvvəl 1 stəkan çuğundur yarpağı ilə kök şirəsinin qarışığını içmək çox faydalıdır. Çuğundur yarpağının tərkibində nadir vitaminlərdən olan zəngin U vitamini vardır ki, U vitamini mədəsi yara olan insanlarda həmişə çatışmır. Mədə-bağırsaq qanamalarında hər yeməkdən 1 saat əvvəl 1 stəkan çuğundur yarpağı şirəsi içmək həm qanazlığını aradan qaldırır, həm yeni qan yaradır, həm də qanı laxtalandırır qanaxmanı dayandırır.
Davamı →