Önşəkilçilər (приставки)

Bundan əvvəlki dərsdən məlumdur ki, önlüklər və ya önşəkilçilər (приставки) əsasən fellərin yaranmasında böyük rol oynayırlar. Rus dilində aşağıdakı enşəkilçilər vardır (mötərizədə önşəkilçilərin variantları verilmişdir): без, в (во), вз (взо, воз), вы, до, за, из (изо), меж (между), на, над, наи, низ (низо), о (об, обо), от (ото), пере, пре, пред (предо), под (подо), при, про, роз (раз, разо), с (со, су), у, через (чрез).

Bu önşəkilçilərin əksəriyyətinin əsas mənası istiqamət bildirməkdir. (входить-выходить; подходить, заходить); önlüklərin bəziləri müxtəlif məkan münasibətləri də göstərir (подводный, надземный). Без (бес) önlüyü söz kökü ilə ifadə olunmuş bir şeyin iştirak etməməsini, olmamasını bildirir (бездарный, бесплатный, беспощадный). Keçən dərsimizdə qeyd etmişdik ki, müstəsna hallarda önlüklər xalis qrammatik məna kəsb edir və söz formalarının əmələ gəlməsində istifadə olunur.
Ardı →