Özünü başqaları ilə müqayisə etmə

Əlbəttə, sən daha çox şeyə layiqsən. Axı sənin sinif yoldaşın, iş yoldaşın və ya əmin oğlu bu “çox şeyə” artıq nail olub. Lakin özünü onlarla müqayisə etmək mənasızdır, hətta zərərdir. MarketWatch daha məhsuldar bir strategiya haqqında danışır.

Yağlı boya ilə rəsm: qonşunuz yeni Volvo-sunun sükanı arxasına keçir, arxa şüşədə isə uşağının oxuduğu nüfuzlu özəl gimnaziyanın loqotipi var. Yanında isə uşaqlarınızı adi dövlət məktəbinə apardığınız köhnə maşınınız dayanıb.

Belə bir hekayənin qəhrəmanı olduqda, dünyanın ədalətsizliyinə dair düşüncələrlə özünüzə əzab verməyə tələsməyin. Morningstar şirkətinin davranış iqtisadçısı Sara Nyukombun məsləhətlərinə qulaq asmaq daha məsləhətdir.
Davamı →