Üzüm yarpağı bu xəstəliklərdən qoruyur

Həm meyvəsindən, həm də yarpağından istifadə edilən üzüm yarpağı çox faydalı bitkidir. Üzüm sirkə və spirtli içki istehsalında da geniş istifadə olunur. Həmçinin tibdə də istifadə edilir və vitamin və minerallarla zəngindir. Bundan əlavə üzüm yarpağının da faydaları çoxdur.

Yeməklərdə tez-tez istifadə edilən yarpağın tərkibində mövcud olan A vitamini ilə göz sağlamlığınızı qoruya bilərsiniz. Həmçinin dəmir ilə zəngin olan yarpaq qansızlığın qarşısını alar.
Davamı →

Üzüm yarpağının faydaları

  • Flora
Yarpaq dolması bişirəndə istifadə etdiyimiz üzüm yarpağı ləzzətli olmaqla yanaşı, həm də faydalıdır. 
Tərkibində yüksək faizdə olan A vitamini sayəsində göz sağlamlığını qorumağa yardımçı olur, sink sayəsində boşalma sistemini dəstəkləyir, dəmir sayəsində isə qan azlığının qarşısını alır. Bunlarla yanaşı ağız sağlığında müsbət təsirlərə sahibdir.

Anemiyanın qarşısını alır
Dəmir mineralları ilə zəngin olduğu üçün anemiya xəstəliyinə qarşı faydalıdır. Dəmir qırmızı qan hüceyrələrində hemoqlobinin yaranmasında əhəmiyyətli rol oynayır. Bu təsiri həm də dəmirin əmilməsinə kömək edən C vitamini ilə dəstəkləsək, anemiyanın qarşısının alınmasını təmin edə bilərik.
Davamı →

Üzüm yarpağının faydaları

  • Flora
Üzüm yarpaqları keçmişdə müalicəvi vasitə kimi ishalın, ürək xəstəliklərin, diş və qarın ağrılarının, qanaxmaların müalicəsində istifadə olunurdu.

— Üzüm yarpaqlarının dəmləməsi öskürək zamanı yaxşı kömək edir — bəlğəmi duruldur və nəfəs yollarından çıxmasına kömək edir. Dəmləməni hazırlamaq üçün 5-7 təzə üzüm yarpağının üzərinə 1 stəkan qaynar su əlavə olunur və 30 dəqiqə ərzində dəmlənilir. Dəmləməni gün ərzində ilıq vəziyyətdə qəbul etmək lazımdır.

— Həmçinin belə dəmləmə qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edir.

— Üzüm yarpaqları antimikrob təsirinə malikdir. Üzüm yarpaqlarının çeynəməsi ağız boşluğunda mikrobların sayını azaldır, pis qoxunu aradan qaldırır, kariesin və damaq iltihabların riskini azaldır.
Davamı →