12 Yaşında sui-qəsdə qurban gedən böyük ürəkli uşaq: İqbal Masih

Uşaq işçiliyinə və köləliyə qarşı mübarizə aparan Iqbal, Pakistanın ən yoxsul bölgələrindən biri olan Mudrike’də doğulmuşdu. Iqbal Masih 4 yaşına çatanda isə bütün qohumları kimi 600 rupi, yəni təxminən 16 dollar qarşılığında xalça toxuma fabrikində işləmək üçün satılıb. Burada həftənin 7 günü 14 saat işlədilirdi. 10 yaşına çatanda çəkisi 27 kilo idi.

Uşaq əməyinin qadağan olunduğunu öyrənəndə fabrikdən qaçan Iqbal Masih daha sonra polislər tərəfindən tutularaq təkrar fabrikə aparılmışdı. Әtrafında özü kimi danışmağa belə qorxan 30 uşaqla birlikdə həbs olunaraq 6 il məhbus həyatı yaşadı. Uşaqların demək olar ki, hamısına sadəcə həyatda qalmalarına çatacaq qədər su və yemək verilirdi, təbii ki, bunun da bir səbəbi var idi: Onları mümkün olduğu qədər balaca saxlamaq… Çünki ən bahalı xalçaları ancaq o kiçik barmaqlar toxuya bilirdi.
Davamı →