Korteslərin yaranması

Orta əsərlərdə İspaniyanın, xüsusən də şəhərlərinin digər Qərbi Avropa ölkələrindən geridə qalması şəraitində şəhər nümayəndələrinin Lion krallığında hələ XII əsrin sonlarında silkli-nümayəndəli orqanın — korteslərin işində erkən iştirakı təəccüb doğurur. Lakin bunun səbəbləri orta əsr İspaniyasında yaranan özünəməxsus tarixi şəraitlə bağlıdır.
Əsrlər boyu müsəlman idarəçiliyi altında olan İspaniya Lion, Kastiliya, Navarro, Araqon kimi krallıqlardan ibarət idi. XI-XII əsrlərdə İspaniya (xüsusən Lion və Kastilya krallıqları) bütün qüvvələrini rekonkist (İspaniyanın müsəlmanlardan təmizlənməsi) hərəkatına yönəltmişdi. Eyni zamanda bu dövlətlər bir-birinə qarşı və digər xristian ölkələri ilə də müharibələr aparırdılar.
İspaniyada şəhərlərin yaranması da özünəməxsus bir proses idi. Belə ki, rekonkist hərəkatı nəticəsində müsəlmanlardan geri alınan torpaqlar kralın mülkiyyəti sayılırdı və bu ərazilərdə digər torpaqlardan gəlmə xristianlar məskunlaşdırılırdı. Yeni məskunlaşan əhalinin feodallardan asılılığı çox zəif idi. Eyni zamanda müsəlmanlardan alınan torpaqlarda salınan şəhərlər də feodallardan asılı deyildi və kral tərəfində onlara geniş hüquqlar (fueoros) verilirdi. Çünki İspaniya kralları rekonkist hərəkatında öz mənafelərini güdən dindarların və zadəganların yox, daha çox şəhərlərin köməyinə ümid bəsləyirdilər.


Ardı →

İspaniya XI-XV əsrlərdə

İspaniya klassik feodalizmə keçid dövründə. Ərəblər VIII əsrdə Pireney yarımadasını tutub Burada Kordova xilafətini yaratdılar. Bu xilafət 300 il mövcud olmuşdu. Kordova xilafətinin müsəlman əhalisi mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət idi. Bu dövrdə ərəblər İspaniyanı Əndəlus adlandırırdılar. Əndəlus İspaniyanın cənubunda tarixi vilayət idi. Burada əkinçilik, sənətkarlıq inkişaf etmişdi. Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. Əkinçilikdə süni suvarmadan istifadə edilirdi. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin yaranması və genişlənməsinə səbəb oldu. Kordova şəhəri həm sənətkarlıq və ticarət. mərkəzi, həm də xilafətin paytaxtı idi. Burada mədəniyyət də inkişaf etmişdi. Kordovada Əmir kitabxanası (400 min kitab var idi) və Universiteti daha çox məşhur idi. Müsəlman memarlığının ən gözəl nümunələri Qranada hakimlərinin Əlhambra sarayı — Qırmızı saray (XIII-XV əsrlər), Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Kordova məscidi idi.


Ardı →