Şəkərdən asılılığı necə azaltmaq olar?

Yağlar və zülallardan fərqli olaraq şəkər bədənimiz üçün ən təmiz enerji formasıdır. Şəkər beyni qidalandırır, lakin çox şəkər də sağlamlığımıza zərər verə bilər. Əlavə şəkərə ehtiyacımız olmasa da, insanlar ehtiyacdan kənara çıxaraq şəkər istehlakını artırırlar. Tədqiqatlar göstərib ki, şəkər beyində həm opioidlərin (orqanizmdə morfin kimi fəaliyyət göstərən maddə), həm də dopaminin (beynə siqnal ötürən maddə) miqdarını azaldır. Məlumatlara görə orta hesabla yetkin bir insan gündə 22-30 çay qaşığı əlavə şəkər istehlak edir. Qadınlar və uşaqlar gündə 25 qram (6 çay qaşığı), kişilər isə 36 qram (9 çay qaşığı) şəkər istehlak edə bilər.

Gün ərzində istehlak edilən şəkərin miqdarını azaltmaq sağlamlığınız üçün müsbət addım olacaq. Bundan əlavə, qıcıqlanmış bağırsaq və reflüks kimi həzm problemlərinə kömək edir . Daha az şəkər istehlakı da narahatlıq və stressi yaxşılaşdırır. Araşdırmalara görə, hər 10 böyükdən 8-i yediyi şəkərin miqdarını azaltmaq istəyir. Kimyəvi tərkibli şəkər asılılığı insanların sağlamlığını təhdid edir.


Davamı →

Şəkərdən imtina etməyin müsbət nəticələri

şəkərKaliforniya Universiteti alimləri şəkər və şirniyyatlardan imtina edən insanın orqanizmində baş verən dəyişikliklərlə bağlı araşdırma aparıb. Alimlər sübut edir ki, şəkər və şirniyyatlardan (tort, pirojna, konfet, şirin qazlı içkilər və s.) imtina edən insanın orqanizmində çoxlu sayda müsbət dəyişikliklər baş verir, bir çox orqan və sistemlərin fəaliyyəti xeyli yaxşılaşır, insanın sağlamlığı bərpa olunur.

1. İlk növbədə bu ürək-damar sisteminə aiddir. Son araşdırmlar göstərib ki, əslində ürək-damar sisteminin əsas düşməni yağlı qidalar deyil, şəkərdir. Məhz şəkər damarlarda xroniki iltihab yaradır ki, nəticədə iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar zəifləyir, onların partlaması riski artır. Alimlərin fikrinə görə, şəkərdən imtina ürək-damar sistemi xəstəliklərinin riskini 2-3 dəfə azaldır.
Davamı →