Sözün tərkibi. Söz yaradıcılığı

Sözün mənalı hissələri kök və şəkilçidir. Kök sözün ayrılıqla işlənə bilən və əsas mənanı ifadə edən hissəsidir.
Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Azərbaycan dilində kök əvvəl, şəkilçi sonra gəlir.

Şəkilçilər iki cür olur: leksik və qrammatik şəkilçilər.

Leksik şəkilçilər qoşulduqları söz köklərdən yeni sözlər düzəldir: dəmir — dəmir+çi

Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişdirir. Qrammatik şəkilçilərin hamısı bizim dilimizə məxsusdur. Onlar söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət göstərirlər.


Davamı →

Düzəltmə isimlər

İsimlərin quruşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs: şeir-şeirimiz, ağac-ağaclar, maşın-maşını, Kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız –lıq4 şəkilçisinin köməyi ilə isim, sifət, say və əvəzlikdən düzəltmək olur. Məs:istilik, düzlük, çoxluq, mənlik və s. Bu cür isimlər mücərrəd isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.


Ardı →

Sözün tərkib hissələri

Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır:na, bi, ba, la, a, anti və s. Məsələn:namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s. Bu şəkilçilərdən ilk dördü ərəb — fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Davamı →

Şəkilçilər (Suffiks) haqda

Rus dilində sözün tərkibi əsas və sonluqdan ibarət ola bilər; bəzən isə söz yalnız əsasdan ibarət olur, sonluq isə olmur. Sözün əsas hissəsi də, öz növbəsində, kökdən, önşəkilçidən (pristavkadan) və kökdən sonra gələn şəkilçidən (suffiksdən) ibarət tərkibdən düzəlir. Lakin bəzi hallarda sözün əsası yalnız kökə bərabər olur, yəni əsasda pristavka və suffikslər iştirak etmir.
Suffiks kökdən sonra gələrək ya yeni söz əmələ gətirir, ya da həmin söz yeni məna o cümlədən də qrammatik məna çaları verir. Başqa sözlə desək, bəzi suffikslər qohum sözlərin yaranmasına səbəb olur ki, onlar sözdüzəldici suffikslər adlanır. Məsələn: рыба—рыбак, вода—водник və s. Digər qrup suffikslər isə sözün qrammatik formalarını fərqləndirmək üçün işlədilir. Qrammatik formanı əmələ gətirən suffikslər sözün leksik mənasını deyil, yalnız onun qrammatik mənasını dəyişdirirlər. Qrammatik məna (və ya forma) əmələ gətirən suffikslərə aşağıdakılar daxil edilir:
Ardı →