16 yaşda qız qaçıran, haqqında çoxlu eşq şayiələri dolaşan, gülə-gülə ölən prokuror-bəstəkar

Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə kasıb ailədə anadan olub. İlk təhsilini Gəncədə alan Ələkbər 1938-ci ildə Şəhər Xalq Məhkəməsində işləməyə başlayıb. Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirəndən sonra 1974-cü ilə qədər təxminən 36 ilə yaxın prokurorluq orqanlarında çalışıb.
Ailədə beş qardaş, bir bacı olublar. Sadə kəndli ailəsindən olduğu üçün maddi imkanları məhdud olub. Elə buna görə də uşaqlıqdan musiqiyə həvəsi olsa da, məşğul ola bilməyib. Orta məktəbin yuxarı sinfində oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. Ələkbər Tağıyev çox erkən, 16 yaşında ailə qurub. Həyat yoldaşı Almaz xanımı qaçırdıb.

Davamı →