Əlimərdan bəy Topçubaşov

 Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və Parlamentinin sədri (1918, 7 dekabr -1920, 28 aprel), Rusiyanın müsəlman-türk xalqlarının milli azadlıq hərəkatının liderlərindən biri.

Əlimərdan bəy Ələkbər bəy oğlu 1863-cü il, may ayının 4-də Tiflisdə anadan olub. Birinci Tiflis gimnaziyasını (1884-cü il) və Peterburq Universitetinin hüquq fakültəsini (1888) fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra bir neçə il Rusiyada işləmiş, 1894-cü ildə Bakıya gələrək, hüquq-mühafızə orqanlarında çalışmış, sonralar müstəqil vəkil kimi fəaliyyət göstərmişdir. Hüquq elmlərinə dərindən bələd olan, Azərbaycan və rus dillərindən əlavə fars, fransız, ingilis və gürcü dillərini də mükəmməl bilən Topçubaşov tezliklə Hacı Zeynalabdin Tağıyevin diqqətini cəlb etmiş və 1897 ildə «Kaspi» qəzetinin redaktorluğu ona tapşırılmışdı. Bakının ictimai-siyasi həyatında fəal iştirak edən Topçubaşov Bakı Şəhər Dumasının üzvü seçilmiş, bir müddət onun sədri olmuşdur.


Davamı →