Azərbaycan rəqs sənətinin şahzadəsi

Qədim tarixə malik olan Azərbaycan milli rəqslərinin ifasında, təbliğində və gənc nəslə ötürülməsində misilsiz xidmətləri olan Əminə Dilbazinin adı Azərbaycan mədəniyyətinə qızıl hərflərlə həkk olunmuşdur. O, ürəkaçan, zərif sənəti, pedaqoji fəaliyyəti ilə Azərbaycan professional milli rəqs mədəniyyətinin inkişafında böyük rol oynamış və ənənəvi rəqslərimizin əbədiləşməsi üçün böyük əmək sərf etmişdir. Təsadüfi deyil ki, onu “əfsanəvi rəqqas”, “Azərbaycan rəqs sənətinin şahzadəsi” adlandırmışlar.

Bu il ölməz sənətkarın 100 illik yubileyi təntənə ilə qeyd olunacaq. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin unudulmaz ustadın yubileyinin keçirilməsi ilə əlaqədar 4 sentyabr 2019-cu il tarixli Sərəncamında onun yaradıcılığına yüksək qiymət verilir:
Davamı →