Əməköməncinin faydaları

  • Flora
Bu gün bazarda əməkömənci gördüm yadıma onun faydaları düşdü, çünki indi kim istəsə tapa bilər, bağlar və bazarlar onunla doludur.

Əməköməncinin çox zəngin tərkibi vardır. Tərkibindəki seliyin çoxluğuna görə ağciyər xəstəliklərində bəlğəmgətirici kimi əvəzolunmazdır. Eyni zamanda həmin selikli maddələr qastritdə, mədə-bağırsaq yaralarında yaranın üzərini həm örtür, həm də sağaldır. Bu zaman əməkömənci dəmləməsi içilir.

Əməkömənci bitkisinin tərkibində bir maddə də var ki, ona «mallivin» deyirlər bu maddə çox güclü mikrob və bakteriya öldürücüdür. Məsələn ağzınızda çoxlu yaralar çıxırsa və gec sağalırsa, boğazınız tez-tez gəlirsə, angina olursunuzsa, bir dəstə əməköməncini çeynəyib suyunu udursunuz, oduncağını isə udmursunuz.
Davamı →