Azərbaycanda ərəb ağalığına qarşı üsyanlar. Babəkin başçılığı ilə azadlıq müharibəsi

Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, torpaq və vergi siyasəti xalqımızın bütün təbəqələrinin mənafeyinə uyğun gəlmirdi. Xilafətin soyğunçu və ağır vergi sistemi şəraitində kəndlilərin və sənətkarların var-yoxu bütün vasitələrlə əllərindən alınırdı. Bu zaman onların sərbəst və təhlükəsiz yaşaması üçün hər hansı bir təminatdan danışmağa da dəyməzdi. Vergilərin ağırlığından daha çox, onların yığılması eybəcər xarakter almışdı. Ən barbar -boyundan daş asmaq, hətta səhəng asmaq, döymək, Azərbaycan kəndlilərini uluc-«qanmaz» adlandırmaq, ailəsini qul edib əlindən almaq kimi üsullardan istifadə edilməsi xalqımızda ərəblərə qarşı dərin nifrət hissi yaradırdı. Eyni zamanda varlı adamlarınıızı, əsil-nəcabət sahibi olan əyanlarınıızı da ərəblər hüquqsuz vəziyyətə salır, yaşayış vasitəsi olan torpaq və digər əmlaklardan məhrum edir, inzibati və sosial hüquqlarını məhdudlaşdırır, onlara qarşı ayrı-seçkilik siyasəti yeridirdilər.


Davamı →