Evdə ətirşah saxlamaq üçün 9 səbəb

  • Flora
Bütün qadınlar evlərində dibçək yetişdirməyi xoşlayırlar. Evdə saxlanılan hər bir dibçəyin özünəməxsus gözəlliyi və ya ətri olur. Dibçək çiçəkləri evə sakitlik, gözəllik və xoş atmosfer bəxş edir. Astroloqlar hər bir çiçəyin evin atmosferinə bir cür təsir etdiyini qeyd edirlər. Onların dediklərinə görə, bəzi dibçək gülləri evlərə neqativ, bəziləri isə pozitiv təsir göstərir. Hətta bəzi dibçək gülləri evə həşərat yığılmasına, bəziləri isə ev sahibinin xoşlamadığı «qonaqları» evdən uzaqlaşdırmağa qadirdir.

Evdəki atmosferə təsir edə bilən dibçəklərdən biri də ətirşahdır. Mütəxəssislər ətirşah bitkisindən hər evdə saxlamağı məsləhət bilir. Bu bitkinin evdə becərilməsini vacib edən 9 səbəb var.
Davamı →

Ətirşah: ev həkiminin xeyirli xüsusiyyətləri

  • Flora
Ev bitkiləri içərisində bir neçə bitkilər vardır ki onların adları, xeyirli xüsusiyyətlərinə görə xüsusən vurğulanır.
Bunlardan biri də ətirşahdır. Botanik adı — pelarqoniya olan bu bitki, adi soyuqdəymə və ciddi xəstəliklərlə mübarizə apara bilir.

Bitkinin tarixinə nəzər saldıqda onun vətəninin cənubi Afrika olduğu bildirilir. Avropa kontinentinə isə XVII-ci əsrin sonlarında dekorativ bitki kimi gətirildiyi deyilir.

Müasir dövrdə aparılan sınaqlar hətta mütəxəssisləri təəəccübləndirmişdir, belə ki, tərkibindən ifraz olunan bakteresid maddələr, yaxınlıqda olan mikrobların hamısını məhv edə bilir. Havanı mikroblardan təmizlənməsindən əlavə, ətirşah, isti aylarda aktual olan həşəratları da qaçırdır.

Kimyəvi tərkibi
Bitkinin xeyirli xüsusiyyətləri əsasən onun yarpaqlarının tərkibində çoxlu miqdarda efir yağlarının olmasıdır ki, onlar müalicəvi təsir göstərirlər. Bu tək yarpaqlara aid deyil, bu bitkinin həm kökü, həm gülü, həm də yarpaqları çox xeyirli sayılır.
Ardı →

Ətirşah yağı

  • Flora
Ətirşah çiçəyinin yağı cavanlaşdırıcı, ağardıcı və tonuslaşdırıcı təsirə malikdir. Ətirşah yağı hər bir dəri növünə çox gözəl təsir göstərir,üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Dərinin hamar, elastik və cavan edir.

Ətirşah çiçəyinin qadınsayağı, yumşaq ətri sinir sistemi hüceyrələrini möhkəmləndirir. Orqanizmə tonuslaşdırıcı təsir göstərir, bədəndən şlakları təmizləyir, limfa sistemini stimullaşdırır və antisellülit təsirə malikdir. Latın dilində adı: Pelargonium Graveolens-dir.

Ətri: İsti, yağlı, acı-çiçəkli, qalıcı qətran tonlu, limon, nanə və qızılgül qoxularının qarışığını xatırladan təzə ətir.

Təbii yayılma əraziləri: İsti subtropik və tropik, mülayim iqlimdən soyuq — kontinental iqlimə kimi hər cür hava şəraitində becərilə bilən bir bitkidir. İtaliya, Mərakeş, Fransa, İspaniya, Yunanıstan, Şərqi və Cənubi Afrika, Rusiya. 
Efir yağı bitkinin çiçək və yaşıl hissələrinin buxarla distilləsi yolu ilə əldə olunur.
Ardı →