Termidorçular və Napoleon Babapart

9 termidor (iyulun 27-si) çevrilişi. Yakobin diktaturasının əsasını daxili çəkişmələr zəiflədirdi. Dantonun rəhbərliyi altında müxalifətçi qrup formalaşmışdı. Onlar terror siyasətindən əl çəkməyi və inqilabi demokratik diktaturanı ləğv etməyi irəli sürürdülər. Şomet və Eberin başçılığı ilə «İfrat» sol müxalifətçi qrup da Robespyerin rəhbərlik etdiyi ictimai Qurtuluş Komitəsinin siyasətinə qarşı çıxırdı. Bu qrup daha sərt tədbirlərin həyata keçirilməsinə çalışırdı.
Hər iki qrupun rəhbərləri inqilabi hökumətə qarşı çıxdıqları üçün edam edildilər. Bu hadisə yakobinçilərin mövqeyini daha da zəiflətdi. Yakobin bloku dağıldı. Konventin kənd təsərrüfatı fəhlələrinin çöl işlərinə göndərilməsi, varlı kənd bur-juaziyasının məhsulunun müsadirə edilməsi haqqında dekretləri vəziyyəti daha da gərginləşdirdi. Robespyer hökumətinə qarşı əks-inqilabi blok yarandı.
Davamı →