23. Müxtəlif ölkələrdə iqtisadi artım

ECONOMIC GROWTH AROUND THE WORLD
Uzunmüddətli artımın problemlərinə həsr olunmuş tədqiqatımızın çıxış nöqtəsi kimi müxtəlif ölkələrin inkişaf göstəriciləri ilə tanış olaq. Cədvəl 23.1-də son yüz il ərzində 13 ölkədə adambaşına düşən real ÜDM-un dəyişiklikləri barədə məlumatlar verilmişdir.
Adambaşına düşən real ÜDM haqqında məlumatlar müxtəlif ölkələrin əhalilərinin həyat səviyyələrindəki əhəmiyyətli fərqləri təsdiq edir. Məsələn, ABŞ-da əhalinin adambaşına düşən gəlirlərinin göstəricisi Çindəkindən 8 dəfə, Hindistandakından isə  demək olar ki, 15 dəfə çoxdur. Kasıb ölkələrdə bu göstərici Amerikanın neçə 10 illik bundan əvvəl çatdığı səviyyədədir. 1997-ci ildə çinlinin orta gəliri amerikalının 1870-ci ildəki orta gəlirinin səviyyəsində olmuşdur, 1997-ci ildə orta pakistanlının payına isə 100 il bundan əvvəl yaşamış ABŞ vətəndaşının gəlirinin yarısı düşürdü.


Ardı →