Aşşurbanipal

Assuriyanın ən son qüdrətli padşahı Aşşurbanipal olub.Arxeoloqlar tərəfindən 1849-1850-ci illərdə Sarqonidlər sülaləsinə aid dövlət arxivlərinin və kitabxanaların açılması ilə bu padşahın siyasəti və şəxsiyyəti haqqında yetərincə məlumat veriblər. Mixi yazıları ilə yazılmış kitablar, Assuriyanın dövlət və eyni zamanda diplomatiya sahələrinə aid çoxlu material verir.
E.ə.669-cu ildə padşah Asarxaddon oğlu Aşşurbanipala –Assuriya taxt-tacını, digər oğlu Şamaş-Şumukinə isə Babil taxt-tacını verir. Yəqin ki, Aşşurbanipal atası, ciddiyyəti və hökmranlığı ilə seçilən nənəsi-Nakianın sevimlisi olub. Məhz buna görə də onu Assuriya taxt-tacının varisi elan edirlər. Daha sonra o, hər iki şahlıq üzərində hökmranlıq etmək hüququ alır.
Aşşurbanipal taxta çıxana qədər, adət-ənənəyə uyğun olaraq kəşfiyyat dəstəsinə və inşaat işlərinə rəhbərlik edirdi. Onu Assuriya padşahlarından ən ziyalısı saymaq olar. O, uşaqlıqda ox atmaq, və cəng arabasını sürməklə yanaşı, Assuriya,Babil elm və ədəbiyyatının əsasını təşkil edən mixi yazını da öyrənib.
Ardı →