2.2.3. ABŞ-da bank və digər maliyyə-kredit müəssisələri sistemi
ABŞ-ın bank sisteminin müasir vəziyyəti qloballaşma və beynəlmiləlləşmə proseslərinin dərinləşməsi və transmilli şirkətlərin artımı ilə xarakterizə olunur. Iri bankların sayına görə liderlik edən ştatlar Kaliforniya, Illinoys, Nyu-York, Pensilvaniya, Texas və Floridadır. Bu ştatlar əlverişli coğrafi vəziyyətinə, inkişaf etmiş sənayesinə və TNK-ların çoxsaylılığına görə fərqlənirlər.
Bütün kommersiya bankları hüquqi statusuna görə milli və ştat banklarına bölünürlər. Birincilər federal hökumət tərəfindən, ikincilər isə ştat hakimiyətləri tərəfindən lisenziyalaşdırılır və nəzarət olunur. Rəqabətin güclənməsi şəraitində kommersiya banklarının yapon bankları ilə qovuşmaları nəticəsində Amerikanın bank institutlarının sayı daima dəyişir. Belə ki, 1994-cü ilin axırında kommersiya bankların sayı 40,9 min idisə, 1998-ci ilin sonunda 8871 idi.
Ardı →