2.2.3. ABŞ-da bank və digər maliyyə-kredit müəssisələri sistemi

ABŞ-ın bank sisteminin müasir vəziyyəti qlobal­laşma və beynəlmiləlləşmə proseslərinin dərinləşməsi və transmilli şirkətlərin artımı ilə xarakterizə olunur. Iri bankların sayına görə liderlik edən ştatlar Kaliforniya, Illinoys, Nyu-York, Pensilvaniya, Texas və Floridadır. Bu ştatlar əlverişli coğrafi vəziyyətinə, inkişaf etmiş səna­yesinə və TNK-ların çoxsay­lılığına görə fərqlənirlər.
Bütün kommersiya bankları hüquqi statusuna görə milli və ştat banklarına bölünürlər. Birincilər federal hö­­kumət tərəfindən, ikincilər isə ştat hakimiyətləri tə­rəfindən lisenzi­ya­laşdırılır və nəzarət olunur. Rəqabətin güc­lənməsi şəraitində kommersiya banklarının yapon bankları ilə qovuşmaları nəticəsində Amerikanın bank institutlarının sayı daima dəyi­şir. Belə ki, 1994-cü ilin axırında kommer­siya bankların sayı 40,9 min idisə, 1998-ci ilin sonunda 8871 idi.


Ardı →