Əhməd bəy Ağaoğlu kimdir?

Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əsilzadə ailəsində anadan olmuşdur valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

Davamı →