20-ci əsrin ən sirli nasisti Alfred Rode

Nasist alim Alfred Rodenin adı tarixin ən müəmmalı səhifələrindən biri ilə bağlıdır. Rode məşhur Kəhrəba Otağın yoxa çıxmasında iştirak edib.
Ötən əsrin 30-40-cı illərində Alfred Rode adı Almaniyada kifayət qədər məşhur idi. Alim Keniqsbergin Kral qəsrinin incəsənət kolleksiyasının alimi və mühafizəçisi idi. O, kəhrəbadan hazırlanan bir sıra unikal sənət əsərləri toplamışdı. Bu kolleksiyaya zinət əşyaları, rəsmlər, xaçlar və heykəllər daxil edilmişdi. Məhz Rode müharibə illərində Kəhrəba Otağın SSRİ ərazisindən çıxarılmasında təkid edib.
Sovet ordusu Keniqsberqə girəndə muzeyin bütün zalları və qəsr boş idi. Alfred Rode tərəfindən mühafizə edilən bütün eksponatlar yoxa çıxmışdı. Artıq 70 ildən çoxdur ki, ən böyük kəhrəba kolleksiyasının axtarışları dünya alimləri və tədqiqatçılarının maraq dairəsindədir.

Davamı →