3.4. Almaniyanın vergi sistemi

Almaniyanın vergi sistemi bir neçə mərhələdə forma­laş­mışdı. 1871-ci ildə Almaniya imperiyasının yara­dıl­ma­sın­dan sonra bütün əsas birbaşa vergilərin müəy­yənləş­di­rilməsi impe­ri­ya­ya daxil olan dövlətlərin (indiki torpaqların) səlahiyyəti çərçivəsində idi. Imperiya isə yalnız istehlak mal­larına qoyulan gömrük vergilərini və rüsumlarını müəyyən­ləşdirmək hüququna malik idi: tütün, pivə, araq, şəkər, duz. Vergi ödəmələri struk­turun­da son istiqaməti 1879-cu ildə Almaniyanın birinci reyxskansleri Otto Bis­mark müəyyən­ləş­dirdi və vergi yükünün gəlir­lərdən isteh­laka (xərclərə) keç­məsini tələb etdi.


Ardı →

3.3.2. Almaniyada torpaq, icma büdcələri və maliyyə sisteminin digər hissələri

Torpaq və icmaların büdcələri də dövlət büdcəsi kimi hakimiyyətin icra orqanı- yerli administrasiya tərə­findən tərtib olunur, nümayəndələr hakimiyyəti – şura (de­putatların iclası) tərəfindən qəbul edilir və nüma­yən­dələr hakimiy­yə­tinin orqanı tərəfindən icra olunur. AFR-in milli gəlirində torpaq və icma büdcələrinin payı 20%-dən çoxdur.
Yerli hakimiyyət orqanlarının planlaşdırılmış gəlir və xərclərinin siyahısını Almaniyada büdcə nizamnaməsi adlan­dırmaq qəbul olunmuşdur.


Ardı →

3.3.1. Almaniyada federal büdcə

Federal büdcə federasiyanın planlaşdırılmış gəlir­lə­rindən və planlaşdırılmış xərclərindən ibarətdir. 1980-ci illə­rin əvvəl­lərində federal büdcə vasitəsilə ÜDM-un yarı­sına qədəri yenidən bölüşdürülürdü.
Gəlirlər vergi və qeyri vergi ödəmələrinin birləşməsi yolu ilə formalaşdırılır. Vergi daxilolmaları bütün büdcə gəlirlərinin beşdə dörd hissəsini təşkil edir. Qeyri vergi daxil­olma­ları dövlət müəssisələrinin gəlirindən və renta ödəniş­lərindən təşkil olunur. Qeyri vergi daxilolmalarına həmçinin Alman federal bankının çoxmilyardlı gəliri aiddir. Döv­lətlərarası kreditlərin təqdim edil­məsi üzrə faiz ödə­nişlərinin daxilolmaları, kapitalda iştirakdan yaranan gəlirlər az əhəmiyyət kəsb edir.


Ardı →

3.2.1. Almaniya iqtisadiyyatının formalaşma mərhələləri

Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin dövrdə imperiyanın elan edilmə­sin­dən sonra pul vahidi – qızıl tərkibi 0,358423 q olan reyxs­marka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı demək idi. Bu vaxta qədər dövlətin ərazisində yeddi monetar sistem mövcud idi: Şimali (taler) və Cənubi (qulden) Almaniyada gümüş monometallizm, Bremendə qızıl taler, gümüşə nəzərən mübadilə kursu ilə dövr edən qızıl pullar – fridrixsdorlar, luidorlar, pistol və dukatlar. Bundan başqa banknotlar və kağız pullar da işləyirdi. Ilk kağız pul­ları Saksoniya buraxmışdı, 1772-ci ildə isə burada 1 talerdən 100 talerə qədər ümumi məbləği 1,5 milyon olan xəzinə biletləri döv­riyyəyə buraxılmışdır. Artıq 1856-cı ildə Prussiya çoxrəngli çapın istifadəsi ilə kağız pulların buraxılışına başladı.


Ardı →

3.1. Almaniyanın makroiqtisadi vəziyyəti

Almaniya dünya iqtisadiyyatının liderlərindən biridir. O, ÜDM həcminə görə (3.6 trilyon dollar) ABŞ, Yaponiya və Çindən sonra dördüncü yeri tutur. (2008). AFR sənaye istehsalının ölçüsünə görə ABŞ, ÇXR və Yapo­niyadan dərhal sonra dördüncü yerdədir. Əhalinin hər nəfərinə düşən ÜDM ildə təqribən 44 min dollardır. Sahəsi 357 min kv. km. Fransa və Ispaniyadan sonra Avropada üçüncü yerdədir, əhalisi 82 milyon nəfər, əha­linin sıxlığı 1 kv. km. 230 adamdır.
1990-cı ildə Qərbi və Şərqi Almaniyanın birləş­mə­sindən sonra ölkə iqtisadi potensialına görə Avropanın iri dövləti oldu. Lakin 1990-cı illərdəki konyunktura «ikili», «parça­lan­mış» kimi xarakterizə olunurdu. 1990-cı ildə Şərqi Almaniya iqtisadiyyatının iflası 1992-1995-ci illərdə yeni federal torpa­q­lar­da ÜDM-in sürətli inkişafı ilə kompensə olundu (1994-cü il­də bu göstərici Avropada rekord vur­muşdur – 10%). Bu za­man istehsal apara­tının, infrastruk­tu­run, təsərrüfat münasi­bət­lərinin və qayda­larının iri həcmli key­fiyyət transformasiyası baş verirdi. Hərçənd qərb torpaq­la­rında artım çox kiçik idi və şərqdəki iqtisadi yük­səliş «köhnə» AFR-dəki aşağı inkişaf sürətini kom­pensə edə bilmirdi (ən yaxşı halda ona 0,1% əlavə edirdi).


Ardı →