Məşhurların sevgi tarixçəsi

Mətbuatın nəfəs dərmədən izlədiyi sevgi romanı                

Ancelina Coli və Bred Pitt 2004-cü ilin axırında “Mister və Missis Smit” filminin çəkilişlərindətanışoldular. O zaman Bredd Pitt komediya aktrisası Cenifer Enistonla evli idi. Cütlüyün evlilikdən uşağı yox idi. Coli isə iki dəfə evlənib ayrılmışdı. İki uşağı vardı: daha doğrusu üç yaşlı kambodcalı oğlan Meddoksu və ondan daha balaca efiopiyalı qız Zaharanı övladlığa götürmüşdü 

Aktyorlar sevgi macəralarının filmin çəkilişində başladığını heç vaxt rəsmən təsdiqləməsələr də 2005-ci ilin əvvəllərində paparatsilər tərəfindən çəkilmiş şəkildə onlar artıq çəkiliş meydançasında idilər. Bu şəkil mətbuatda onların arasında nələrinsə baş verməsi haqda şübhələrin yaranmasına əsas verirdi. Pitt və Coli bu barədə inadla susurdular. 2005-ci ilin yanvarında Bredin həyat yoldaşı Cenifer ərindən boşandı. Mətbuat o saat boşanmanın səbəbini Colidə gördü. Publikanın simpatiyası zərərçəkən tərəfə-Einstona idi.


Ardı →

Ancelina Coli

Amerikalı aktrisa, rejissor və ssenarist Ancelina Coli:
Azad olmaq – intuisiyalara tabe olmaq, heç kimə zərər verməmək və insanları səhvlərinə görə qınamamaq deməkdir.

İnsanlardan ən çox nə etmək istədiklərini soruşun. Məlum olacaq ki, onlar hələ etmək istədiklərini etməyiblər. Bax, bu məni, həqiqətən, məyus edir...

İnsan düşünəndə ki, sabah həyatda olmaya bilər, o artıq necə olmasından asılı olmayaraq, həyata dəyər verməyə başlayır.
Dünyanın necə böyük olduğunu anlamaq çox vacibdir.

...Sonra başa düşdüm ki, müşahidə etməkdən və qəzəblənməkdənsə, kasıbçılıq içində yaşayan insanlara yardım etməyin yollarını tapmaq lazımdır...

Tatuirovka, qan və çapıqlar – bax, mən bunlardan təşkil olunmuşam.
Psixoanalitikə ehtiyacım yoxdur. Seçdiyim rollar — bunlar mənim psixoanalitikimdir.
Ətrafımdakı bütün qızlar balerina olmaq arzusu ilə alışıb-yandığı bir vaxtda, mən vampir olmağı arzulayırdım.

Bir çox insanlar düşünür ki, həyatım qaranlıq sirlərlə zəngindir və əsas ideyam ölümdür. Ancaq mən həyatı başqalarından daha çox dəyərləndirdiyimə görə, ölüm barədə tez-tez fikirləşirəm.
Ardı →

Ancelina Colinin həyat təcrübəsindən

Sonsuzadək filmlərə cəkilmək fikrim yoxdur. Nə vaxtsa, mən də nənə olacagam.Tatuirovka, qan və çapıq– mən bunlardan hazırlanmışam.

Mənə psixoanalitik lazım deyil. Mənim oynadığım rollar mənim psixoanalitikimdir.

Ətrafımdakı bütün qızlar balerina olmaq istəyərkən mən vampir olmaq istəyirdim.

Mən çox gec başa düşdüm ki, xoşbəxt olmaq sadəcə bir seçimdir.

Anam heç vaxt qışqırmaz və söyüş söyməzdi. O, sadəcə ağlayırdı. Otaqlarımız yanbayan idi. Onun necə ağladığını eşidərdim. Bir dəfə orta məktəbdə oxuyanda – soruşmayın ki, mən nə zibil qaynatmışdım – dərsdən qayıdıb gördüm ki, anam ağlayıb, özü də gecədən səhərəcən.

Atam (Con Voyt)– böyük aktyordur, amma hər şeydən öncə o möhtəşəm atadır. 

Filmlərə çəkilməmişdən qabaq  mən heç öz döşümün ölçüsünü bilmirdim.


Ardı →