Möcüzəyə ümid etməyin!

Bəbəklərinin dərinliyində gizlənmiş kədər, əynindəki nimdaş paltarlar onun kasıb bir ailənin övladı olduğuna şübhə yeri qoymur. Hələ ətə-qana dolmamaış zəif çiyinlərini özündən ağır yükün altına vermiş bu zavvalı çocuq qədim müsiqi alətində ən çox sevdiyi türkünü ifa edir. Özündən bir-iki yaş kiçik olan bacısı isə mahnının ahənginə uyğun qollarını qaldırır. Aclıq hər iki uşağı əldən salıb. Qılınc kimi kəsən şaxta insanın iliyinə işləyir. Yəqin buna görədir ki, yaxınlıqdan ötüb-keçənlər bu mənzərəyə laqeyd qalırlar. Maraq güc gəldiyi üçün ayaq saxlayıram. Təxminən beş dəqiqə bu talesiz cütlüyə tamaşa edirəm. Birdən qıvırcıq saçları çiyinlərinə düşmüş mavi gözlü bir əcnəbi gəlib yanımda dayanır. Tanımadıqları iki nəfərin onlara diqqət kəsilməsi uşaqları daha da həvəsləndirir. İndi onlar öz işlərini əvvəlkindən daha şövqlə görürlər.
Ardı →