Əlvida, Avropa. Salam, Avropa

Bu gün Avropanın qürubu haqqında söz-söhbətlər, az qala, adət olunmuş gündəlik hadisəyə çevrilir. Hər gün onun keçmişinin mühakimə olunduğunu, dəyərlərinin başqa bir paradiqma xeyrinə inkar edildiyini görürük. Bunun fərəhlə, yoxsa təəssüflə baş verdiyi vacib deyil. Vacib olan odur ki, artıq Avropa adlı bir məfhumun qalmadığı ilə bağlı mövqelərə daha tez-tez rast gəlinir. Lakin filosof Mark Vigilant başqa fikirdədir. O, öz essesində Avropa ideyasını müdafiə edir və mövcud reallıqda onun necə var olduğunu göstərir.

Davamı →

Klassisizm

Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.

Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.


Ardı →

Barokko mədəniyyəti

XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. İtaliya, İspaniya, Flandriya, Hollandiya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus bədii ənənələrə və milli bədii məktəblərə malik olması XVII əsri mədəniyyət tarixində yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli xüsusiyyətləri onların ümumi cəhətlərə malik olmasını istisna etmir.

XVI əsrin ortalarından XVII əsrin sonunadək İtaliya incəsənəti Katolik ilahiyyatı, siyasəti və mədəniyyəti Reformasiyaya qarşı yönəlmiş kontrreformasiyanın təsiri altında idi. Kontrreformasiyanın əsas silahı hökumətə tabe olmayan və başqa dinə qulluq edənlərə qarşı mübarizə aparan inkvizisiya idi. 1555-ci ildə Roma papası IV Pavel xristianlığın əsas ehkamlarını elan etdi. Burada insanların öz günahlarını etiraf edərək tövbə etmələrindən, öz ruhunu bütünlüklə Allahın ixtiyarına vermələrindən, beləliklə də, həqiqəti dərk etməyə və Allahla birləşməyə çalışmaqdan söhbət açılır. Bu dini ideyalar İtaliyada XVI əsrin 80-ci illərində yaranan barokko üslubunun əsasını təşkil edərək onun əsas xüsusiyyətlərini müəyyənləşdirdi.


Ardı →

Şimali Avropa intibahı

XV əsrdəki humanist hərəkat İtaliyanın hüdudlarından kənara nüfuz etməyə başlayırdı ki, bu da İntibahın vətənindən şimaldakı ölkələrin mədəniyyətinə də güclü təsir göstərirdi. Ona görə də Şimali Avropa İntibahı ifadəsinin işlədilməsi məntiqə müvafiq səciyyə kəsb edir. Bu intibahın əsas dayaqlarına İngiltərə, Almaniya, İspaniya, Niderland, İsveçrə və Fransa ölkələri daxildir.

Şimali Avropa intibahın xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı istlahatçılıq istiqamətlərinin xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa ölkələrinin əksəriyyətinə nüfuz etdi. Bu feodal cəmiyyətin özəyindəki ən ciddi dəyişikliklərlə izah olunurdu. Yetişən milli burjuaziya artıq ortodoksal katolitizmin fanatizmi, asketizm, Vatikan xidmətçilərinin ikiüzlülüyü ilə barışa bilmirdi. İslahatın təşəkkülündə İtalyan İntibahı ideyalarının rolu böyük əhəmiyyət kəsb etdi.


Ardı →

İntibah (Renessans)

«İntibah» — adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XVXVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.

Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və bədii qovuşuğu başlıca əlamət kimi özünü göstərirdi.


Ardı →