Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti Xan Şuşinski

  • Musiqi
Bu gün Xalq artisti Xan Şuşinskinin doğum günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.
Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.

Davamı →

Mircəfər Bağırovun xəstə sevgisinin qurbanı Xədicə Qayıbova

1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın birinci bölməsi üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
«Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir».

Davamı →

Asəf Cəfərovun sənət dünyası

Belə bir deyim var: rəssam öz əsərləri haqqında danışmamalı, əsərlər rəssam haqqında danışmalıdır. Hər bir rəssam özünün müəyyən olunmuş üslubu çərçivəsində orijinal dünyagörüşünü saxlayır. Əsərləri özü, dünyagörüşünün dərinliyi haqqında danışan fırça ustalarından biri də Xalq rəssamı Asəf Cəfərovdur (1927-2000). 

İçərişəhərdə dünyaya gələn Asəf üçün hələ kiçik yaşlarından qədim dolanbac küçələrin sirli döngələri, tarixi, sənətə gedən yolun başlanğıcını qoymuşdu. İçindəki istedadı, rənglərin gözəllik dünyasını insanlara da tanıtmaq üçün o, əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil olmuşdur. 
Davamı →

Azərbaycan incəsənəti

Azərbaycanda e.ə. müxtəlif binalar mövcud olmuşdur. Qəbələ şəhərində inşa edilmiş Dəyirmi Qala, Qax rayonundakı “Dördbucaqlı məbəd” (hal-hazırda qalıqları mövcuddur). Dərbənd Qalası 5-8 əsrlərə aiddir. Orta əsrlərdə Azərbaycanda Memarlıq sənəti bir-neçə qala Təbriz-Abşeron, Şirvan, Gəncə və Naxçıvan memarlıq məktəblərinə ayrılırdı. Bu dövrün əsas memarlıq abidələritürbələr, məscidlər, mədrəsə və saraylar idi. Türbələr adətən, dəyirmi və dörkünc bürc formasında tikilir,
Ardı →