Azərbaycanda rok

Azərbaycanda rokAzərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan “Qızıl payız” festivalı idi.

Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 70-ci illərin əvvəllərinədək əsasən yumşaq rok, ritm və blyuz (R&B) çalan “Eskulap”, “Xürrəmilər”, “Ekspress-118”, “Pəzəvəng”, “Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.
Davamı →