Azərbaycanımızın qüruru

Azərbaycanımızın qüruru olan görkəmli alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə vətənində — Azərbaycanda  L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir.

Təsadüfi deyil ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim  texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi  xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 90 illik yubileyi ilə əlaqədar yüksək səviyyədə  bir sıra tədbirlər keçirilib.

Bundan əlavə, Lütfi Zadə haqqında «Müasir elmin korifeyi» (müəlliflər — Fərhad Tağıyev, Şamxəlil Məmmədov), «Dünya dahilərsiz yaşaya bilmir» (müəllif — Möhbəddin Səməd) adlı kitablar yazılıb, «Uzaq və yaxın Lütfi Zadə» (quruluşçu rejissoru — Oqtay Babazadə, ssenari müəllifi — Möhbəddin Səməd) sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.

L.Zadə də öz növbəsində Vətənini, xalqını çox sevir.  “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.  


Ardı →