Çe Qevara azərbaycanlı olsaydı...

Bir dəfə sosial şəbəkələrin birində, konkret olaraq twitter`də Çe Qevara haqqında bir yazının linkini paylaşıb “Bir Çemiz də olmadı” yazmışdım. Həmin twit`ə müxtəlif cavablar gəldi. Nəsə bu cavablar məni “Çe Qevara azərbaycanlı olsaydı nə olacaqdı?”sualı barədə fikirləşməyə vadar etdi. Nə fikirləşdim, indi onları yazacağam.

Əvvəlcə Çe`nin kimliyi barədə bir neçə kəlmə qeyd edim ki, tanımayanlar da bilsinlər söhbətin kimdən getdiyini. Çe Qevara argentinalı marksist-inqilabçı olmuşdur. Argentinalı olsa da, adı daha çox Kuba ilə əlaqəli çəkilir. Bu da onun Kuba inqilabının rəhbərlərindən biri olması ilə bağlıdır. İnqilabın qələbəsindən sonra isə o, “doğuşdan kubalı” elan edilmişdir.

İndi də Çe`nin inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəldiyini təsəvvür edək. Nə olacaqdı? Elə bir şey olmayacaqdı. Çe Qevara Azərbaycanda inqilab etmək fikrinə düşsəydi, məğlubiyyətə uğrayacaqdı. Niyə? Səbəblər müxtəlifdi. İlk öncə ona görə ki, bizim cəmiyyət qorxaq cəmiyyətdir. Heç kim Çe`yə qoşulmazdı. Bizim insanların inqilab qorxusu bu sözü dilinə belə almamaları həddindədir. İnqilab Azərbaycanda yalnız küçə adı ola bilər. Ondan o yana bir şey yox. Bizim təfəkkürümüz bunu qəbul edəcək qədər deyil. Bizim beynimiz “dövlətlə dövlətlik etmək olmaz” dərəcəsində “inkişaf edib”. İl boyu “sovetin vaxtında gül kimi yaşıyırdıq” deyə təəssüflənib, 20 yanvarda şəhidlər xiyabanına getməyimiz, saç-başımızı yolmağımız bizim mahiyyətimizdəki paradoksdan xəbər verir.


Ardı →

Adamın xoşuna gəlirmiş..

Azərbaycana gedənlər deyirlər ki millət bu cənab yaraşıqlı prezidentdən narazıdı ancaq mənə elə gəlmir ki o qədər də narazı qalanlar haqlı ola yəni ki mən də narazılardan narazıyam. hər dəfə tv-də inkişaf edirik deyə səslənəndə elə doğurdan da Azərbaycanı inkişafda olan ölkə kimi görürəm şəxsən. uzaqdakılar da yaxındakılar da bakını sürəkli inkişafından deyir və filan.
Baxanda Azərini belə siyasət dili kimi düzgün istifadə edir və türk ölkələri qurultayı-filanın bakıda keçirilməsinə imkanlar olur adam bilir ki türkiyədə yayılan kürd əliyevlər ideası puçdu.Təbii ki hər kəsin bəzi səhvləri də ola bilər.Sultan əliyev ya şah əliyev-ə dönmüş ola bilərlər ancaq mən çoxu zaman inanmıram ki bəzən demokrasi-filan çox hərşeyi yoluna sala.düzdü o qədər də qeyri-demokratik ölkə deyil Azərbaycan ancaq yenə jurnalistlərin hərdən tutuqlanması yaxşı bir hal deyil bəlkə.Siyasət əslində əcayib bir oyundu. kimin yaxşı kimin pis olduğunu başa düşmək olmur.dubayda ilhamın uşağının villası var və ya başqa ayrı məsələlərə bəlkə məncə keçməməli yəni pullanmağı ayıblamaq bəlkə yaxşı deyil. düzü budur ki görək sovetlərdən ayrılmış ölkələrdə nə üçün Azərbaycan çox daha önlərdə gedir. yəni buna səbəb olan amillərdən biri bəlkə türkiyənin var olması idi ancaq o qədər də türkiyəçi bir tutum xoş deyilmiş Elçibəy kimi türkçü inansların elədikləri tək. Xülasə ki bu aşağıdakı fotoşəkili görəndə dedim bu xoşlandığım şəxsiyyətdən biraz yazım. həm maraqlıdı ki ilahm bizim ölkədə iranda qadın-qızlara həsr olunan addı `.-D darıxdım daha uzaldmıram.



Davamı →