Azərbaycan Fevral inqilabından sonra

Petroqradda baş verən dəyişikliklər Rusiyanın müstəmləkə ucqarlarında, o cümlədən Cənubi Qafqazda da öz əks-sədasını verdi. 1917-ci il martın 5-də bölgənin ən iri sənaye şəhəri Bakıda yeni hökuməti müdafiə edən İctimai Təşkilatlar Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil olundu. Martın 7-də Bakı fəhlə deputatları Soveti yaradıldı.
Fevral inqilabından sonra leqal fəaliyyətə başlayan «Müsavat» partiyasının əhali arasında nüfuzu artmaqda idi. 1917-ci ilin oktyabrında Bakı sovetinə keçirilən seçkilərdə o, bolşeviklərə nisbətən 2,5, daşnaqlara nisbətən isə 18 dəfə çox səs almışdı. Bundan qısqanan digər partiyalar, xüsusən bolşeviklər və daşnaklar «Müsavat»a qarşı vahid cəbhə yaratdılar.


Ardı →