Cüneyt Arkının həyatdan öyrəndikləri

Neçə yaşında olursan ol, içindəki uşağı hər zaman yaşatmalısan. Həyatdan bunu öyrəndim. Mənim uşaqlığım, yaxşı keçmədi. Əskişəhərin balaca bir kəndində böyüdüm. O zamanlar, ailə büdcəsinə kömək etmək məqsədiylə, hər il üç-dörd ay bostanda növbətçilik edirdim. Süfrədən tox qalxdığım günlər az olurdu. Ancaq yenə də o yaşda qayğı çəkmirsiniz, çünki indiki kimi gözləntilər yox idi. Bu da sizi ayaqda saxlayır.

Heyvanların, insanlardan vəfalı olduğunu öyrəndim. Uşaq vaxtı iki itim vardı. Onların mənə olan vəfasını və bağlılığını həyatım boyu heç kimdən görmədim.

Yeri gələndə çörəyi daşdan çıxarmaq lazım olduğunu öyrəndim. Kasıb vaxtımızda, atam, evimizin qarşısındakı 500 kvadrat metrlik qayalıq ərazini dağıdaraq parçaladı. Belində torpaq daşıdı və ərazini əkin üçün yararlı hala saldı. O zamandan bəri həyatın sərt üzünə təslim olmamaq qərarını verdim.

Gec də olsa insanın həyatın gözəlliklərinin fərqinə varmasının lazım olduğunu öyrəndim. Çox çalışdım. O qədər çalışdım ki, gecəm gündüzüm bir-birinə qarışdı. Gündüz film çəkilişlərində, gecələr isə macəra filmlərində çəkildiyim üçün “Medrano” və “Kazak” sirklərinə gedib məşq edirdim. Bir gün çəkiliş vaxtı yorulduğumu hiss etdim, qapının qarşısına çıxdım. Üzümü gözəl bir külək yalayıb keçdi, sizi başa sala bilməkdə çətinlik çəkirəm. Eyni anda, qoxu da hiss etdim. Başımı qaldırıb irəliyə baxdığım zaman bir nəfərin salat satdığını gördüm. İllərdir çalışmaqdan, baharın gəlişindən xəbərsiz qaldığımı hiss etdim. İndi, “Dəyərdimi?” deyə öz-özümə soruşuram. Cavabım həmişə belə olur: “Xeyr, dəyməzmiş”.
Ardı →