Hamiləliklə birgə koronavirus: Yenidoğulmuşlara yanaşma, ana südü, peyvəndlər haqda

Pandemiya dövründə əsas məqamlardan biri də hamilələr, yenidoğulmuşlar, süd verən analar, körpələrin virusdan qorunması, yoluxma riskinin minimuma endirilməsi ilə bağlıdır. Bununla bağlı günümüzdə bir çox suallar səslənir. Hamilələr virusa yoluxarsa, nə etmək lazımdır? COVİD-19-a yoluxmuş hamilə qadından doğulacaq körpənin infeksiyalaşma riski varmı? Virusa yoluxan qadın körpəyə süd verə bilərmi? Südlə körpəyə virusun keçməsi mümkündürmü? Pandemiya dövründə peyvəndlər edilməlidirmi?

Davamı →

Hamiləlik və laktasiya dövründə COVID-19 riski

Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır. İmmun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır.
Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir.

Davamı →