Can Dündarın öyrəndikləri

Can DundarSonsuz bir qaranlığın içində doğuldum. İşığı gördüm, qorxdum. Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.

Yaşamağı öyrəndim. Həyatın bitməyə başladığı anın doğulmaq olduğunu öyrəndim. Arada qalan hissənin ölümdən oğurlanan vaxt olduğunu öyrəndim.

Zamanı öyrəndim. Yarışdım onunla. Zamanla yarışmağın yox, onunla barışmağın lazım olduğunu zamanla öyrəndim.

İnsanı öyrəndim. Sonra insanların içində yaxşı və pislər olduğunu öyrəndim. Sonra da hər insanın içində xeyirin və şərin olduğunu öyrəndim.

Sevməyi öyrəndim. Sonra etibar etməyi öyrəndim. Sonra da güvənin sevgidən daha çox yaşadığını, sevginin güvənin sağlam təminatı üzərində qurulduğunu öyrəndim.

İnsan dərisini öyrəndim. Sonra o dərinin altında bir ruh olduğunu öyrəndim. Sonra da ruhun əslində dərinin üstündə olduğunu öyrəndim.


Ardı →