Məncə, hərə bir cür dəlidir

Deyəsən, əsl adım Osmonddur.Jonny Depp

Qəribə uşaq idim. Əvvəlcə Brüs Li olmaq istəyirdim, sonra Daniel Bun (amerikanın ilk sakinlərindən biri – Esquire).

Gənc yaşlarımda satıcı işləmişdim, çox tez də qovulmuşdum. Yəqin “Bu kostyum sizə heç yaraşmır!” deməyi çox sevdiyimdən olmuşdu.

Tim Barton-gördüyüm ən qapalı insandır. “Çarli və şokolad fabriki” filmi çəkiləndə kimsə mənə yaxınlaşıb dedi ki, Helen sizi (Bonem Karter, Bartonun sevgilisi – Esquire) telefona çağırır. Soruşdum: “Yaxşısan? Billə bir şey olmayıb ki?”. Onların oğlu Bill hələ çox balaca idi onda.  “Hə, hər şey yaxşıdı. Tim istəyir ki, sən Billin xaç atası olasan”, — dedi. “İki dəqiqə əvvəl Timlə birlikdəydim axı, heç nə demədi”,- dedim. Bu, əsl Tim idi. “İstəyirəm ki, oğlumun xaç atası olasan” deməkdən ağır iş yox idi onun üçün. Çəkiliş meydançasına qayıdıb Timə dedim ki, bu  mənim üçün böyük şərəfdir. O isə: “Aha, əlbəttə, başlayaq işləməyə”.

Tim hansı rolu məndən istəsə, düşünmədən razılaşaram. Lap filmdə qarışqayeyənlə sekslə məşğul olmaq lazımdırsa, böyük məmnuniyyətlə edərəm.

Çalışıram daima çaşqınlıq vəziyyətində olum. Çaşqınlığın üzdəki ifadəsini xoşlayıram.


Ardı →