Dalay Lamadan buddist tövsiyyələr

Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik.

İnsan ən çoxu 100 il ətrafında yaşayır. Geoloji dövrlərlə müqayisədə bu, çox cüzi müddətdir. Bu qısa dövrü ziyankarca xərcləsək, həyatımızı mənasız yerə sərf etmiş olarıq. Xoşbəxtlik hər kəsin haqqıdır və heç kim bunu başqalarının əlindən ala bilməz. Situasiya necə olursa olsun, insan xilqətinin başqasına əzab vermək kimi bir məqsədi olmamalıdır. Elmin və maddiyatın zirvələrinə dırmansaq belə, əgər yetərincə qayğı və mərhəmət göstərə bilmiriksə, deməli, həyatımız insana layiq həyat deyil. Başqalarına mümkün olan ən az zərəri verərək xoşbəxt yaşamaq – bütün insanların haqqı olan və həqiqətən də dəyərli olan bir həyatdır.
Davamı →

Dalay Lamadan həyat qaydaları

1. Yadda saxlayın ki, böyük sevgi və uğurlar böyük risklərlərdən asılıdır.

2. Siz məğlub olduğunuz zaman topladığınız təcrübəni itirmirsiniz.

3. Daim üç qaydaya riayət edin:
Özünüzə hörmət edin
Başqalarına hörmət edin
Öz hərəkətlərinizə görə məsuliyyətdən boyun qaçırmayın.

4. Yadda saxlayın ki, sizin istədiyiniz hər bir şey sizin üçün həqiqətən də zəruri deyil.

5. Qaydaları öyrənin. Beləliklə siz onları necə pozmağı öyrənəcəksiniz.

6. Kiçik bir mübahisəyə böyük dostluğu korlamağa imkan verməyin.

7. Əgər siz səhv etmisinizsə, dərhal səhvinizi düzəldəcək nəsə edin.

8. Bəzən tək qalın və özünüzü dinləyin.
Ardı →