Fransa inqilabının müjdəçiləri

XVIII əsrin əvvəllərindən ölkənin qabaqcıl ziyalıları feodal quruluşunu tənqid edir, mütləq monarxiyaya qarşı çıxırdılar. Bu ictimai fikir cərəyanı maarifçilik adlandırıldı. Onun nümayəndələri isə tarixə XVIII əsr Fransa maarifçiləri adı ilə daxil oldular.
İngiltərə və Amerika burjua inqilablarının nəticələrindən bəhrələnən Fransa maarifçiləri yeni ideyalar irəli sürürdülər. Bu maarifçilərin görkəmli nümayəndələri Monteskyö, Volter, Russo, Melye və Didro idi.
Monteskyönün ideyaları Avropada və Amerikada geniş yayılmışdı. O, mütləq monarxiyanın özbaşınalığını, ədalətsizliyi, işğalçılıq müharibələrini pisləyirdi. Monteskyö konstitusiyalı məhdud monarxiyanı ən yaxşı dövlət quruluşu hesab edirdi. O, xüsusi mülkiyyətin toxunulmazlığını və şəxsi azadlığı yüksək qiymətləndirirdi. Beləliklə, o, orta burjuaziyanın və qabaqcıl fikirli zadəganların əhvali-ruhiyyəsinin ifadəçisi idi. 
Davamı →