Dieqo Armando Maradonanın həyat qaydaları

Qızlarım ucun kumirəm, bu, mənə bəsdir.Anam elə bilir, mən ən yaxşı futbolçuyam. Ona qarşı çıxmağı sevmirəm.

Narkotiki birinci dəfə dadanda başa düşürsən ki, tezliklə hər gün  onunla mübarizə aparmalı olacaqsan. Çempionluq eyforiyasına qapılırsan. Sonra düşünürsən: nə fərqi var sabah nə olacaq, əsas odur, mən bu gün qalibəm.

Narkotiklər məni həyatımın ən vacib anlarından məhrum etdi: qızımın böyüməsini görmədim. Özümü heç vaxt bağışlamayacağam.

Mənim qanuni övladlarım – Dalma və Caninadır. Qalanları pullarımın və səhvlərimin nəticəsidir.

Müalicə aldığım psixiatrik xəstəxanada biri özün Napoleon hesab edirdi, başqası San Martin (Argentina azadlıq hərəkatının liderlərindən biri – “Esquire”). Heç kimi inandıra bilmirdim ki, Maradonayam.

Qızlarım üçün kumirəm, bu, mənə bəsdir.


Ardı →