Enn Heteuey

Amerikalı aktrisa gözəl olmaqla yanaşı, müdrik, təvazökar və cazibədardır. Əlbəttə ki, istedadlıdır, lakin Hollivudda istedadlar çoxdur, təvazökarlar isə barmaq sayıdır. Enn isə başqa məsələ, o təmizdir, sadədir...

“Taleyim mənə qarşı çox səxavətlidir, onun mənə bəxş etdiklərini korlamaq istəmirəm” – aktrisa yüzüncü kərə bu kəlmələri işlətməkdən yorulmur...

O, Hollivudun təravətli simasıdır. İri gözləri, hissiyyatlı qalın dodaqları… Hər hərəkətində bir kübarlıq, bir incəlik var. Təbəssüm – saatlarla güzgü önündə məşq edilmiş təbəssüm deyil — təbiidir, uşaqcaşına təbii… Bu xanım sanki işıq saçır… O, daha qapalı, daha gizli, daha özündənrazı ola bilərdi. Lakin bu zaman da o, indiki Enn Heteuey olmazdı...

Culiya Robertsə bənzəmək...
Onu ulduzların şəxsi həyatı heç vaxt maraqlandırmayıb, daha dəqiq desək, onların kiminlə yatması, hansı plastik əməliyyat etməsi və s… Enn sadəcə, uşaqlıqdan kinonu sevib və “Gözəlçə”dəki Culiya Robertsə bənzəməyi arzulayıb. O qədər çox arzulayıb ki, nəticədə, bu gün Ennin xarici görünüşünü və mimikalarını məhz Culiya Robertsə bənzədirlər. Culiya ilə yanaşı,Heteueyi eleqant, təkrarolunmaz Odri Hepbernə də bənzədirlər. Enn etiraz etmir...

Enn Heteueyin adı və soyadı Şekspir mütəxəssislərinin bu dahi dramaturqun bioqrafiyasını yenidən nəzərdən keçirməyə məcbur edir. Axı Şekspirin həyat yoldaşının adı da məhz belə idi. Bütün həyatı boyu Enn İngiltərəyə, buranın adət-ənənəsinə və teatrına maraq göstərib.
Uşaq ikən Enn teatr dərnəklərinə gedir, tez-tez kinosınaqlara qatılırdı. Məktəbi bitirdikdən sonra Brodveydəki tamaşalarda uşaq rollarını oynamağı arzulayırdı. Ancaq teatr prodüserləri onun uşaq rollarını oynamaq üçün çox hündür olduğunu, yaşca böyük rolları canlandırması üçün də çox gənc olduğunu hesab edirdilər. Lakin gələcək aktrisa həvəsdən düşmür və bir neçə serialda çəkilir,daha sonra isə “Şahzadənin gündəliyi” filmi üçün sınaqlara qatılır və rola təsdiq edilir.


Ardı →