32. Gözləmələr və qısamüddətli Fillips əyrisi

EXPECTATIONS AND THE SHORT-RUN PHILLIPS CURVE
Ilk baxışda M.Fridmen və E.Felps tərəfindən uzunmüddətli dövrdə inflyasiya və işsizlik arasında əks asılılığın mövcudluğunun inkar edilməsi əsassız görünür. Onların iddiaları nəzəriyyəyə, P.Samuelson, R.Solou və A.Fillips tərəfindən təsbit olunan inflyasiya və işsizlik arasındakı əks asılılıq isə faktiki məlumatlara əsaslanırdı. Nə üçün biz mənfi meyllə xarakterizə olunan «daim cavan» Fillips əyrisi mövcud olduğu halda şaquli Fillips əyrisinin «quru nəzəriyyəsinə» inanmalıyıq? A.Fillips, P.Samuelson və R.Solounun kəşfi pulların neytrallığı haqda klassik nəticəni təkzib etmirmi?
M.Fridmen və E.Felps bu tip sualların qanunauyğunluğunu gözəl başa düşürdülər və buna görə də onlar özləri klassik makroiqtisadi nəzə­riyyə ilə Böyük Britaniya və ABŞ-da Fillips əyrisinin mənfi meyli barədə faktiki məlumatların barışıq üsulunu təklif etdilər.
Davamı →

32.3 Gözləmələr və qısamüddətli Fillips əyrisi

32.2 Uzunmüddətli Fillips əyrisi

THE LONG-RUN PHILLIPS CURVE
1968-ci ildə iqtisadçı Milton Fridmen “American Economy Review” jur­nalında «Pul kredit siyasətinin rolu» adlı məqaləsini dərc etdirdi. Onun işi 2 hissədən ibarət idi: «Pul kredit siyasəti nə etməyə imkan verəcək» və «Monetar siyasətdən nəyi gözləməyə dəyməz». M.Fridmen iddia edirdi ki, pul-kredit siyasətinin alətləri -yalnız qısamüddətli zaman kəsiyi istisna olmaqla Fillips əyrisinə uyğun gələn inflyasiyanın və işsizliyin səviy­yə­lə­rinin kombinasiyalarını əldə etməyə imkan vermir. Təxminən bununla eyni vaxtda digər iqtisadçı Edmund Felpis inflyasiya və işsizliyin uzunmüddətli əlaqəsini inkar edən əsəri meydana çıxdı.
M.Fridmen və E.Felpsin mühakimələri makroiqtisadiyyatın klassik prinsiplərinə əsaslanırdı. Yada salaq ki, klassik nəzəriyyədə pul kütləsinin həcminin böyüməsi inflyasiyanın əsas amili kimi nəzərdən keçirilir. Eyni zamanda klassik nəzəriyyə iddia edir ki, pul təklifinin artması real göstəricilərə təsir göstərmir, sadəcə qiymətləri və nominal gəlirləri proporsional olaraq dəyişir.
Davamı →

32. Fillips əyrisi

Qısamüddətli dövrdə inflyasiya və işsizlik arasındakı asılılığı tez-tez Fillips əyrisi adlandırırlar. Tədqiqatlarımızın əvvəlində bu əyri və Amerika iqti­sadiyyatının təhlilində bu əyridən istifadə olunması haqqında danışacağıq.
Fillips əyrisinin tarixi-ORIGINS OF THE PHILLIPS CURVE
1958-ci ildə iqtisadçı A.U.Fillips «Economica» adlı ingilis cürnalında «1861-ci ildən — 1957-ci ilədək dövrdə Böyük Britaniyada nominal əmək haqqının dəyişmə sürəti ilə işsizlik arasındakı asılılıq» adlı məqaləsini dərc etdirdi. Tədqiqatçı bu məqalədə işsizlik səviyyəsi və inflyasiyanın sürəti arasında əks asılılığın mövcudluğunu sübut etdi. A.Fillips göstərdi ki, işsizliyin səviyyəsinin aşağı olduğu dövrlərdə iqtisadiyyat üçün yüksək inflyasiya və onun əksi xarakterik haldır. (A.Fillips inflyasiyanın sürətini qiymətlərin artımı ilə deyil, nominal əmək haqqının artımı ilə hesablayırdı, lakin bizim məqsədimiz üçün bu fərq prinsipial əhəmiyyət kəsb etmir.
Davamı →