Birja terminləri

Çox adam işgüzar xəbərlərdə edilən qeydləri biznes dilini bilmədikləri üçün başa düşmürlər. Öküz? Ayı? Dəvəquşu?!  Bütün bu heyvanxananın pula nə aidiyyatı var?  Bununla belə, onlar üçün yaxşı xəbərlər də var: Uoll-stritin söz ehtiyatı ancaq seçmə maliyyə kollecləri məzunlarının ixtiyarında deyil.   Təəccüblüdür, lakin bu faktdır: bu dildə başa düşülməyən və sirli olan heç nə yoxdur. Bundan başqa, investbankirlər və brokerlərın hər biri uşaq bağçasından bildikləri sözlərdən tez-tez istifadə edirlər. Beləliklə, Uoll-stritin “mal-qara damında” istifadə olunan anlayışlar bunlardır.  Onları öyrənmək heç bir əziyyət tələb etmir.


Ardı →

Forex (Foreks) valyuta bazarı haqqında

Foreks bazarında azartlı oyunlar şəxsi maliyyə risklərini əhəmiyyətli dərəcədə artırır. Onun ümumiyyətlə, investisiya prosesi ilə və o cümlədən fond bazarı ilə heç bir əlaqəsi yoxdur. “Foreksçilərin” hakim tezisləri bunlardır: valyuta alverində hər kəs qazana bilər; daim dəyişən valyuta məzənnəsi hesabına gəlir əldə etmək olar. Mühüm əfsanələr dünya kimi qocamandır, lakin camaatı valeh etməkdə davam edirlər. Bu səbəbdən, Foreks haqqında müəyyən həcmdə məlumatlı olmaq faydalı olar.


Bunun üçün kitablar buraxılır, şayiələr yayılır, müvəffəqiyyətli olanların adları nümunə kimi deyilir və bəxtınızı sınamaq təklif edilir. Nəticədə sadəlövh vətəndaşlar investisiyalarla məşğul olmağı oyun oynamaqla qarışıq salırlar. Onun əsl siması vətəndaşlar üçün çəkilən gözəl şəkildən çox fərqlənir. “Foreksçılər” öz bizneslərinin əfsanələrlə əvəz edərək bizneslərinin real təfsilatını az açıqlayırlar.


Ardı →

29.Borc vəsaitləri bazarında və xarici valyuta mübadiləsi bazarında tələb və təklif

Açıq iqtisadiyyatda fəaliyyət göstərən qüvvələri başa düşmək üçün biz diqqətimizi iki bazarda tələb və təklifə cəmləşdiririk. Birinci – yığım və investisiyaların (xalis xarici investisiyalar da daxil olmaqla) axınlarını əlaqələndirən borc vəsaitləri bazarı. Ikinci – milli valyutanı digər ölkələrin pul vahidinə mübadilə etmək istəyən adamların mənafeyini təmin edən xarici valyuta mübadiləsi bazarı. Bu paraqrafda biz bu bazarların hər birində tələb və təklifə baxırıq, sonrakında isə bu iki bazarı birləşdiririk və açıq iqtisadiyyatda tarazlığın təmin edilməsini izah etməyə çalışırıq.  
Ardı →