Fransisko Qoyya

Francisco Goyaİspaniyanın Saraqosa şəhəri yaxınlığındakı kənddə mehrablara zər vuran yoxsul kişinin oğlu balaca Fransisko bir dəfə yaşadığı evin divarına donuz şəkli çəkir. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedad sezir və Fransiskoya oxumağı tövsiyə edir. Qoyya haqqında bu əfsanə İntibah dövrünün başqa fırça ustaları, xüsusən, bioqrafiyaları şübhə doğuran sənətkarlar barədə danışılanlara çox bənzəyir. 

Həqiqətən, 14 yaşlı Fransiskonun hansı yolla saraqosalı rəssam Lusano Martinesin şagirdi olmasını yalnız təxmin etmək olar. Bircə bu məlumdur ki, Qoyya onun emalatxanasında altı il çalışıb. Amma adı daim dava-dalaşda hallanan bu gəncin qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Məsələn, üç nəfərin ölümü ilə nəticələnən belə davalardan birindən sonra Qoyya Madridə qaçıb. Burada o, Martinesin daha bir şagirdinin — həmin dövrdə müəyyən mövqe tutmuş Fransisko Bayenin emalatxanasında işləməyə başlayır. 
Davamı →

Fransisko Qoya

Fransisko Xose de Qoyya 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir.
Ardı →