Fransua Kenenin "iqtisadi cədvəl"i

Kapital haqqında təlim təkrar istehsal prosesinin və bütövlükdə ictimai kapitalın tədavülünün təhlili F.Kene üçün çıxış nöqtəsi idi. Siyasi iqtisad elmində o, ilk dəfə istehsalın və satışın daima «təkrar istehsalı» anlayışından istifadə etmiş və ümumiyyətlə, «təkrar istehsal» kateqoriyasını bu elmə o gətirmişdir. Təkrar istehsal prosesinin təhlilini F.Kene özünün məşhur əsəri olan "İqtisadi cədvəl«də vermişdir (1758).
»İqtisadi cədvəl«də F.Kene üç birləşmiş sinifdən ibarət olan cəmiyyətə vahid bir orqanizm kimi baxmışdır. Çünki F.Kenenin „İqtisadi cədvəl“ində məcmu məhsul tədavül prosesi zamanı bilavasitə üç sinif arasında bölüşdürülür. F.Kene yazırdı ki, millət üç sinif vətəndaşlardan ibarətdir. Buraya o, aşağıdakı sinifləri daxil edirdi: məhsuldar sinif, mülkiyyətçi siniflər, səmərəsiz sinif. Məhsuldar sinfə və ya fermerlərə o torpaqdan istifadə edənləri, torpaqla əlaqədar olaraq xərc çəkən adamları daxil edirdi. Beləliklə, məhsuldar sinif dedikdə o, kəndliləri, fermerləri, kənd təsərrüfatında olan muzdlu fəhlələri, yəni kənd təsərrüfatında məşğul olan bütün əhalini başa düşürdü. Mülkiyyət sahiblərinə isə F.Kene „xalis məhsul“ əldə edənləri, yəni torpaqdan gəlir alanları aid edirdi.
Ardı →

Fransua Kene fiziokratlar məktəbinin banisi kimi və onun iqtisadi baxişlari

Fiziokratlar məktəbinin əsasını qoyan Fransua Kene 1694-cü ildə Versalın yaxınlığında kasıb kəndli ailəsində ana­dan olmuşdur. Onun ailəsi kiçik ticarətlə məşğul idi. Valideyin­ləri F.Keneye heç bir təhsil verə bilməmişdilər. Lakin o, müstəqil olaraq təhsillə məşğul olur, hətta latın və yunan dillə­rini öyrənir. Çox gənc yaşlarında tibb ilə maraqlanır. Kənd cər­rahından dərs alan Kene sonralar Parisdə tibb məktəbində oxuyur və nəhayət, məşhur həkim olur. O, bir neçə tibb əsəri yazır və 1749-cu ildə istedadlı bir həkim kimi Markiz de Pom­padurun şəxsi həkimi, 1752-ci ildə isə XY Lüdovikin həkimi olur. Ona zadəgan titulu verirlər, Versal sarayına köçür, sonra­lar isə iri mülk sahibinə çevrilir. O, görkəmli alim-bioloq kimi də fəaliyyət göstərmişdir.
F.Kene tibb və biologiya elmləri ilə yanaşı fəlsəfə ilə də məşğul olur, Malbranşın və Dekartın əsərlərini öyrənir. Fəlsəfə ilə məşğul olmaqla, maarifpərvər filosofların əsərlərini öyrən­məklə F.Kene insan cəmiyyətinə kainatın məhsulu kimi ba­xırdı. İnsan cəmiyyətini F.Kene təbiətin qanunlarına tabe olan aləm adlandırırdı. Təbiət qanunlarını öyrənərək o hesab edirdi ki, nəinki təbiətdə, hətta cəmiyyətdə də mübadilə ekvivalentlik prinsipinə əsaslanır. Bu ideyadan Kene iqtisadi tədqiqatla­rında da istifadə edirdi.
Ardı →