Görəsən abır nədir ki,onu da itirələr?

Dünən avtobusda əyləşərkən dayanacaqda qəribə bir hadisənin şahidi oldum. Sonradan aydın oldu ki, sən demə bir qadın avtobusa çatmayıb, buna görə də orada dayanan kişinin üstünə qışqırır ki, gördün qaçıram, niyə avtobusu saxlamadın. Nə yaşından, nə də ətrafdakıların qınayıcı baxışlarından utanmayan «qadın», «gül» ağzını bir açdı ki, gəl görəsən. Kişi də onunla sözləşmək istəmədiyindən, əvvəlcə kənara çəkildi. Gördü yox, qadın dayanmır. O da başladı mübahisəyə ki, sən kimsən mən sənin üçün avtobus saxlayım, anamsan, bacımsan, nəyimsən?
Bəli, elə bir söhbət başladı ki, nə Azərbaycan mentalitetinə, nə qadınlıq qüruruna, nə də kişilik qeyrətinə sığmırdı. Görəsən çox yox, 20 il əvvəl belə hadisə baş versəydi nə olardı? Yenə də belə həyasızlıqmı olacaqdı?
Ardı →