Qalileo Qaliley

Qaliley Qalileo
(15.2.1564 -8.1.1642)


«Qaliley — ağ saçlı alim ixtiyar
Ömürlük zindana salındın ki, sən
Belini bükdükcə zalım ruzigar.
Bəlkə əl çəkəsən dediklərindən


Sonra çıxartdılar səni zindandan
Gördün ki, Asiman alışıb yanır,
Ölüm ayağında, ey böyük insan
Sən yenə dedin ki, «Yer yuvarlanır»


S. Vurğun


Qaliley zəmanəsinin ən qabaqcıl şəxsiyyətlərindən olub, mütərəqqi ideyaların yaranmasına təkan verən, elmi dindən ayıran, köhnəliyə qarşı mübariz olan, insanların gələcəyi üçün yeni-yeni yollar açan alim olmuşdur.
Elmin korifeyi olan Qaliley klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirən, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edən, materiya və hərəkətin əbədiliyini əsaslandıran, Aristotel fizikasının səhvlərini aşkar edən, böyük alim, mütəfəkkir və ədibdir. O, təcrübi fizikanın əsasını qoymuş, elmdə eksperimental tədqiqat üsulu tətbiq etmişdir.
Qaliley Qalileo 1564-cü il fevral ayının 15-də İtaliyanın Pize şəhərində musiqiçi ailəsində anadan olmuşdur. 11 yaşına qədər məktəbdə oxuduqdan sonra Qaliley ailəsi ilə birlikdə Florensiyaya köçmüş və burada monastıra verilmişdir.


Ardı →