Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general Həbib Bəy Səlimov

Karabakhmedia.az hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin General-mayor Həbib bəy Səlimov haqqında olan araşdırmasını oxuculara təqdim edir:
Vətən uğrunda ölüm həyatın davamıdır.
Cambul Cabayev (1846-1945) Klassik Qazax şairi
70 ildən çox adı və şöhrəti bağlı qapı arxasında qalan generallarımızdan biri də Həbib bəy Səlimov olmuşdur. 1918-ci ildə Milli Ordu yarananda polkovnik Həbib bəy Baş Qərargah və Dəftərxana rəisi olmuşdur. O, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə 30 nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunmuşdur, 1920-ci ilin martında isə “Əsgəran müharibəsi”nin qəhrəmanı kimi ad-san qazanmışdır.

Davamı →