Karmen - uğursuzluq, faciə, əbədi şöhrət

2012-2013 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdinin «La Traviata», ikincisi Corc Bizenin «Karmen» operasıdır. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur. «Karmen» fransız bəstəkarı Corc Bizenin 1874-cü ildə Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında olan operadır. Operanın librettosunun süjeti Prosper Merimenin eyni adlı novellasından götürülmüşdür.
Davamı →

Jorj Bize

Jorj Bize evə daxil olur və gördüyü səhnədən yerindəcə donur: evdə mebel yox idi, xalçalar da satılmışdı. Anasının xəstəliyi evə kədərlə bərabər, yoxsulluq da gətirmişdi...Georges Bizet

Onu ağsaçlı və solğun bənizli atası qarşıladı: “Oğlum, Allaha şükür ki, gəldin. Onun yanına get, səni gözləyir...”

Ananın otağı qaranlıq idi, çarpayının yanında iki şam yanırdı. Jorj çarpayıda əyləşib, anasının isti əllərini ovcuna aldı: “Salam, ana”. Oğlunu tanıyan ananın gözlərinə parıltı gəldi: “Çatmadım. Sənin triumfunu görə bilmədim. Yadında saxla, sən Aleksandr Sezar Leopoldsan. Səni Tanrı göndərib. Dahi insan olacaqsan və sən mənim oğlumsan...”

Uşaqlıq...
Jorj on yaşından konservatoriyada oxumağa başlayır. “İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm” — anası ona söyləyirdi. Jorj artıq bilirdi: onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianinoda çalacaq .
Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və professional pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi. On üç yaşında o, musiqi bəstələməyə başladı – valslar, mahnılar və “Həkimin evi” adlı kiçik komediya operasını yazdı. Anasının gözlərində o, dahi idi. Bəzən Jorj bezirdi, ancaq o, bir şeyi də anlayırdı: anasının inadkarlığı və onun istedadı öz nəticəsini verir. Jorj ədəbiyyatı çox sevirdi, imkan düşən kimi, əlinə kitab alıb sakitcə bir küncə çəkilirdi.
Ardı →

Jorj Bize

1875-ci ilin martında Parisdə tanınmış fransız bəstəkarı Jorj Bizenin ispan yazıçısı Prosper Merimenin novellası əsasında yaratdığı «Karmen» operasının ilk tamaşası göstərilir. Premyeradan dərhal sonra əsər ətrafında qalmaqallar qopur. «Opera bizim mənəviyyatımızı pozur», — deyə əksər tənqidçilər əsərin baş qəhrəmanı Karmenin azadsevər xasiyyətini, onun cəmiyyətin qayda-qanunlarına etinasızlığını yolverilməz, qeyri-tərbiyəvi bir hal kimi qiymətləndirirlər. Operanın ispan milli folklorundan bəhrələnmiş, canlı, səmimi musiqisi isə sadə, hətta kobud elan olunur. «Opera həyatı olduğu kimi təsvir edir» — Bizeni müdafiə edən qüvvələrin bu şüarı əsər barədə mənfi rəyləri dəyişdirə bilmir və nəticədə «Karmen» səhnədən çıxarılır. Bu zərbəyə tab gətirməyən 36 yaşlı bəstəkar premyeradan üç ay sonra vəfat edir.
Davamı →